Bu universitetdə əməkhaqqı ARTIRILDI
Azərbaycan Dövlət Pedaqoji Universitetdə əmək haqları artırılıb.
Universitetin mətbuat katibi Cavid Hüseynovun verdiyi məlumata görə, bu haqda universitetin Elmi Şurasında qərar qəbul edilib.
İclasda rektorun müşaviri Ümid Mehdiyev Maliyyə komissiyasının hesabat və təkliflərini diqqətə çatıdırıb.
Təkliflərə əsasən Elmi Şura ADPU-da əməkdaşların əməkhaqqının artırılması haqqında qərar qəbul edib.
Qərara əsasən, həmçinin Pedaqoji Universitetdə saat hesabı dərs deyən personalın əməkhaqqı da orta hesabla 37,5 faiz artırılıb.
Oxunub: 306
Xəbəri paylaş
Paylaş: