İran-Türkiyə sərhədində güclü partlayış
Bu gün səhər saatlarında İrandan Türkiyəyə qaz nəql edən kəmərdə güclü partlayış olub.
CNN məlumat verir ki, hadisə Türkiyənin İranla sərhədində yerləşən Ağrı vilayətinin ərazisində baş verib.
Partlayışdan sonra başlayan yanğın zamanı alov 40 metr hündürlüyə yüksəlib.
İlkin məlumata əsasən, partlayış nəticəsində xəsarət alan olmayıb. Yaxınlıqda yerləşən ərazilərə təbii qazın verilməsində məhdudiyyət tətbiq edilib.
Oxunub: 415
Xəbəri paylaş
Paylaş: