Ruslar tələbləri azaldır Danışıqların TƏFƏRRÜATI AÇIQLANDI

Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksiy Aretoviç Ukrayna ilə Rusiya Federasiyası arasında aparılan danışıqların təfərrüatlarını açıqlayıb.
Aretoviçin sözlərinə görə, ruslar tələbləri tədricən azaldır: “Onlar denazifikasiya və s. haqqında danışmağı dayandırdılar. Onlar qeyri-blok statusu haqqında danışmağa başladılar. Söhbət Ukraynada müəyyən növ hücum silahlarının yerləşdirilməsinin qarşısını almaqdan gedir”.
Aretoviç qeyd edib ki, tələblərin azaldılması onu göstərir ki, Rusiya öz siyasi məqsədlərinə hərbi yolla nail olmağın mümkünsüzlüyünü başa düşür.
Ukrayna Prezident Aparatının rəsmisi dünənki danışıqlarda əldə olunan yeganə razılaşmanı xatırladıb: “Ukraynanın mühasirəyə alınmış şəhərlərinə, Rusiya işğalından əziyyət çəkən ərazilərə humanitar yardımın göstərilməsi və ya humanitar dəhlizlərin açılması ilə bağlı tərəflərin razılığı olub. Bu saziş beynəlxalq təşkilatlar tərəfindən dəstəklənəcək”.
Oxunub: 297
Xəbəri paylaş
Paylaş: