Zelenski beynəlxalq tərəfdaşlarına
MÜRACİƏT ETDİ - VİDEO
Ukrayna dövlət başçısı bu barədə bu gün keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, Ukraynanın ötən Rusiya Federasiyası ilə razılaşdığı humanitar dəhlizlərin işlək olub-olmaması bu gün özünü göstərəcək.
Ukrayna Prezidenti qeyd edib ki, bütün gecəni tərəfdaş dövlətlərin liderləri ilə telefon danışıqları aparıb: “Mümkün qədər 1986-cı ildə Çernobıl qəzasının nəticələri ilə birlikdə mübarizə apardıq. Bunu hökumətinizə deməlisiniz, radiasiya sərhəd tanımır. Mən hiss etdim ki, dünya liderləri şoka düşüblər. Nüvə terrorçu dövlətinə qarşı sanksiyaların dərhal sərtləşdirilməsi lazımdır. Bizə Ukrayna səmasının dərhal bağlanması lazımdır”.
Zelenski Rusiya ordusunun itkilərindən danışıb: “Müharibənin doqquzuncu gününün səhərinə olan məlumata görə, demək olar ki, 9200 işğalçı öldürüldü. Biz Nikolayev yaxınlığında onları məhv edirik. Xarkov yaxınlığında, Kiyev yaxınlığında da məhv edirik. Paytaxt işğalçılar üçün əsas hədəf olaraq qalır. Amma onlar nə etsələr də, yenə uduzurlar. Çünki biz öz evimizdəyik. Biz öz torpağımızdayıq”.
Ukrayna Prezidenti bildirib ki, ruslar Xersonda yalnız müvəqqəti qala bilərlər.
“Yaxın vaxtlarda Xersonda “Rusiya uğrunda” mitinqi ilə tamaşa qoyula bilər. Bunun üçün şəhərə əcnəbiləri aparıblar. Buna son qoymaq lazımdır. Xerson sakinləri, göstərin ki, bu, sizin şəhərinizdir. Siz işğalçıların istənilən planını dayandıra bilərsiniz. Biz sayca bizdən çox olan güclü düşmənə qarşı mübarizə aparırıq. Onlar texnologiyada bizdən üstündür. Onlara bayrağımızı, dövlət himnimizi, milli ruhumuzu göstərin. İşğalçılara mütləq bildirin ki, onlar Xersonda müvəqqəti qala bilərlər. Və onlar heç vaxt Ukraynanın başqa şəhərləri kimi Xersona sahib ola bilməyəcəklər” - Zelenski bildirib. (Publika.az)