"Azərbaycanfilm" kinostudiyasının direktoru işdən çıxdı
"Azərbaycanfilm" kinostudiyasının direktoru Fariz Əhmədov vəzifəsindən ayrılıb.
Globall.az bu barədə o, "Facebook"da paylaşım edib.
O, martın 1-dən kinostudiyanın direktoru vəzifəsindən ayrılıb.
F.Əhmədov fəaliyyətini audiovizual layihələrin istehsalı sahəsində davam etdirəcək.
Qeyd edək ki, Fariz Asif oğlu Əhmədov 2020-ci ilin sentyabrın 30-dan bu vəzifədə çalışırdı.
Həmçinin mədəniyyət naziri Anar Kərimovun əmri ilə kinostudiyaya yeni direktor təyin olunub. Bu vəzifəyə Nazim Hüseynov təyinat alıb.
Oxunub: 268
Xəbəri paylaş
Paylaş: