TƏCİLİ: Rusiya Ukraynada sükut rejimi elan etdi
Rusiya tərəfi martın 5-də yerli vaxtla saat 10:00-dan etibarən Ukraynanın iki şəhərində sükut elan edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Ukraynanın Mariupol və Volnovaxi şəhərlərinin sakinlərinin çıxması üçün bu gün, martın 5-də saat 10-dan sükut rejimi elan olunur və humanitar dəhliz açılır”, - nazirlikdən bildirilib.
Məlumata görə, humanitar dəhliz və marşrut Ukrayna tərəfi ilə razılaşdırılıb. (axar.az)
Oxunub: 335
Xəbəri paylaş
Paylaş: