Xarkovda azərbaycanlı ailənin evinə mərmi düşdü:
3 nəfər öldü - YENİLƏNDİ
Ukraynanın Xarkov vilayətində mərmi partlaması nəticəsində həlak olan azərbaycanlıların kimliyi məlum olub.
Bu barədə "Report"a Azərbaycanın Xarkov şəhərindəki Fəxri Konsulluğundan məlumat verilib.
Bildirilib ki, ötən gün Xarkov şəhərinin 5 kilometliyində yerləşən Çerkaskie Tişki kəndinə düşən mərminin partlaması nəticəsində əslən azərbaycanlı olan, Ukrayna vətəndaşı Mahmudov Emin Zabit oğlu, həyat yoldaşı Mahmudova Lyudmila və qaynanası dünyasını dəyişib.
Onların sağ qalan 2 övladı hazırda qohumlarının himayəsi altındadır.
xxx
Dünən axşam saatlarında Xarkovun raket atəşinə tutulması zamanı 4 azərbaycanlı həlak olub.
Globall.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Ukrayna Azərbaycanlıları Radasının Lvov vilayəti üzrə sədr müavini Mahmud Qurbanov deyib.
O bildirib ki, Xarkovda restoran sahibi olan Emin adlı şəxs, onun xanımı və iki övladı həlak olub.
“Hazırda onların evi olan ərazi rusların nəzarətindədir. Ona görə də meyitlərin ərazidən çıxarılmasında problem yaranıb. Xarkovda yaşayan azərbaycanlılar bu məsələ ilə məşğuldur”, - deyə Mahmud Qurbanov vurğulayıb.