Bayden Zelenskiyə zəng vurdu
Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Co Bayden arasında telefon danışığı olub. Liderlər təhlükəsizlik məsələlərini və Rusiyaya qarşı sanksiyaların uzadılmasını müzakirə ediblər.
Globall.az xəbər verir ki, bu barədə Zelenski "Twitter" səhifəsində yazıb.
"Daimi dialoq çərçivəsində ABŞ Prezidenti Co Baydenlə növbəti danışıqlar apardım. Gündəliyə təhlükəsizlik, Ukraynaya maliyyə dəstəyi və Rusiya Federasiyasına qarşı sanksiya siyasətinin davam etdirilməsi məsələləri daxil olub", - deyə Prezident qeyd edib.
Oxunub: 312
Xəbəri paylaş
Paylaş: