Ukrayna Rusiyanın müharibədəki itkilərini açıqladı
Ukrayna Müdafiə Nazirliyi Rusiyanın müharibənin başlanmasından bu günədək olan itkilərini açıqlayıb.
Globall.az xəbər verir ki, bu barədə nazirliyin tviter səhifəsində yazılıb.
“Ümumilikdə 11 mindən çox şəxsi heyət, 290 tank, 999 zirehli döyüş maşını, 117 artilleriya sistemi, 50 reaktiv yaylım atəş sistemi, 24 hava hücumundan müdafiə sistemi, 46 təyyarə, 68 helikopter, 454 avtomobil avadanlığı məhv edilib”, - deyə məlumatda bildirilib.
Oxunub: 376
Xəbəri paylaş
Paylaş: