Kiyevdə çörək zavodu atəşə tutuldu, ölənlər var
Rusiya hərbçiləri Ukraynanın paytaxtı Kiyev şəhəri yaxınlığında çörək zavodunu atəşə tutub. Bu barədə Ukrayna Fövqəladə Hallar Dövlət Xidməti məlumat yayıb.
Məlumata görə, Makarov qəsəbəsində yerləşən “Makarovski xlebozavod” dövlət müəssisəsinə aviazərbələr endirilib.
Aviazərbələr nəticəsində 13 ukraynalı dünyasını dəyişib.
Hava hücumu zamanı zavodda 30 nəfər olub.
Oxunub: 265
Xəbəri paylaş
Paylaş: