Di Kaprio Ukrayna ordusuna 10 milyon dollar köçürdü

Dünya şöhrətli aktyor Leonardo Di Kaprio Ukrayna ordusuna 10 milyon dollar pul köçürüb.
Globall.az xarici mediaya istinadən xəbər verir ki, təbiətin mühafizəsinə tez-tez böyük ianələr yatıran aktyor bu dəfə hümanitar böhranı aradan qaldırmaq üçün Ukraynaya dəstək olub.
Məlumat üçün bildirək ki, aktyorun nənəsi Elena Smirnova bir vaxtlar Odessada yaşayıb. Oktyabr inqilabından sonra ailəsi ilə birlikdə Almaniyaya köçən nənəsi almanla ailə qurub.
Oxunub: 328
Xəbəri paylaş
Paylaş: