Zelenskidən SƏRT XƏBƏRDARLIQ: Cavab sürətli olacaq

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə əlaqə qurmağa çalışan ukraynalı siyasətçilərə xəbərdarlıq edib.
Zelenski bu barədə növbəti videomüraciətində bildirib.
Zelenski Ukraynada artıq kiminsə hamı ilə mübarizə aparmamaq və şəxsi, hər hansısa öz xeyri üçün ayrılıqda çalışmaq istəməsi barədə qərar verdiyinə dair çox sayda siqnallar aldıqlarını qeyd edib.
“Bəzi siyasətçilərin yenə Rusiya ilə əlaqə yaratmağa, birliyə baxmayaraq bölünmək üçün çalışmaları barədə müxtəlif siqnallar əldə edirik. Mən yalnız bir şeyi və bir dəfə demək istəyirəm: sizin nə etdiyinizi görürəm, daha bir siqnal eşitsəm, cavab müharibə vaxtı olduğu kimi sürətli olacaq”, - Zelenski vurğulayıb.
Oxunub: 215
Xəbəri paylaş
Paylaş: