İsrail prezidenti 14 il sonra Türkiyəyə gəldi
İsrail prezidenti Yitzhak Hersoq həyat yoldaşı ilə birlikdə Ankaraya dövlət səfərinə gəlib. Bu barədə prezidentin ofisi məlumat yayıb.
Bu, İsrail prezidentinin 2007-ci ildən sonra Türkiyəyə ilk səfəridir.
"İsrail prezidenti Yitzhak Hersoq, birinci xanım Mixal Hersoq ilə birlikdə Ankaraya indicə enib", - ofisinin açıqlamasında deyilir.
Ankaraya uçmazdan əvvəl prezident Hersoq deyib ki, İsrail son illərdə Türkiyə ilə münasibətləri bərpa etməyə çalışacaq. Hersoq qeyd edib ki, "beynəlxalq nizamın sarsıdıldığı" şəraitdə region ölkələri arasında sabitlik və tərəfdaşlığın yaradılması vacibdir.
Oxunub: 292
Xəbəri paylaş
Paylaş: