Rus politoloq azərbaycanlı jurnalisti HƏDƏLƏDİ:
Qoy ukraynalılarla qurtaraq...
II Qarabağ müharibəsi zamanı Ermənistanı tənqid etməklə bəzi azərbaycanlıların sevimlisinə çevrilən Kuznetsov indi əksini edir: o azərbaycanlılardan hesab sormağa başlayıb.
Belə ki, o, sosial şəbəkədəki qeydində bildirib ki, Bakıdakı kafelərdə rusdilli müştərilərdən pasport tələb olunmağa başlayıb.
Azərbaycanlı jurnalist Aida Eyvazlı isə elə Facebook-da Oleq Kuznetsova etiraz edib. A.Eyvazlı rusiyalı politoloqun qeydinə şərh yazaraq bildirib ki, əgər azərbaycanlılara atdığı böhtanı sübut etməsə, onu məhkəməyə verəcək.
Bundan hiddətlənən Oleq Kuznetsov azərbaycanlı jurnalisti hədələyib.
“Aida Eyvazlı, mən mütləq bu sözləri sənə ukraynalı nasistlərin rəhbərləri və rusofobların məhkəməsindən sonra xatırladacam”, - deyə Kuznetsov hiddətini biruzə verib.
Aida Eyvazlı isə ona “yaşayarıq, görərik” deyə cavab verib. (modern.az)