Ukrayna Rusiyanın nə qədər təyyarə və helikopterini məhv edib? - RƏSMİ AÇIQLAMA

Son iki gün ərzində Ukrayna Hərbi Hava Qüvvələrinin Birləşmiş Qüvvələri Kiyev bölgəsindəki havadan müdafiə tədbirləri ilə azı səkkiz hava hədəfi məhv edib.
Globall.az xəbər verir ki, bu barədə Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.
Bildirilib ki, aviasiya, “S-300” və “Buk-M1” zenit raket qüvvələrinin bölmələri 4 “Su-25” təyyarəsini və iki helikopteri məhv edib: “Hərbi Hava Qüvvələrinin bombardmançıları düşmən texnikasının sütunlarına raket-bomba zərbələri endirməyi davam etdirir. Beləliklə, bu günə qədər əməliyyat hesablamalarına əsasən, düşmənin 56 təyyarə və 82 helikopteri məhv edilib”.
Oxunub: 444
Xəbəri paylaş
Paylaş: