Ruslar Ukraynada qadın deputatı QAÇIRDI

Bu gün, martın 10-da səhər saat 6-da rusiyalı işğalçıları Zaporojye Vilayət Şurasının deputatı Leyla İbrahimovanın evinə soxulub, daha sonra onu zorla naməlum istiqamətə aparıblar.
Globall.az modern.az-a istinadla xəbər verir ki, bu barədə Krım tatar xalqı Məclisinin üzvü Esgəndər Bariyev öz Facebook səhifəsində yazıb.
“Bu gün Melitopolda səhər saat 6-da rus hərbi geyimli silahlı şəxslər Zaporojye vilayət şurasının deputatı, yerli Krım tatar xalqının nümayəndəsi, Melitopol şəhər diyarşünaslıq muzeyinin direktoru Leyla İbrahimovanın evinə soxulublar”, - deyə qeyd edən Bariyev bildirib ki, işğalçılar deputatın evində də axtarış aparıblar.
Oxunub: 233
Xəbəri paylaş
Paylaş:




















