Nəbatat Bağının binası qəzalı vəziyyətə düşdü, işçilər evə buraxıldı

Bunu AMEA Rəyasət Heyətinin Mətbuat xidmətinin rəhbəri Azadə Balayeva deyib.
O bildirib ki, bina qəzalı vəziyyətdə olduğundan Mərkəzi Nəbatat Bağının alimlərinin və əməkdaşlarının təhlükəsizliyi məqsədilə onlar 28 marta qədər evdən işləyəcəklər. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da binaya baxış keçiriblər. Binanın təmirə ehtiyacı olduğunu bildiriblər. Bina təmir olunacaq.
Oxunub: 287
Xəbəri paylaş
Paylaş: