Bayden - Ərdoğan danışıqlarının məzmunu bilindi! İki lider...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Co Baydenlə Rusiya-Ukrayna müharibəsini müzakirə edib.
Globall.az musavat.com-a istinadla xəbər verir ki, tərəflər arasındakı telefon danışığı 45 dəqiqə davam edib. Ərdoğan Baydenlə telefon danışığında Antaliyada baş tutan Türkiyə, Rusiya və Ukrayna xarici işlər nazirlərinin toplantısının təşkil olunmasının diplomatik zəfər olduğunu bildirib.
Türkiyənin ABŞ-dan 40 yeni təyyarə alması və mövcud F-16-ların modernləşdirilməsini əhatə edən tələbinin ən qısa zamanda yekunlaşmasını gözlədiyini ifadə edən Ərdoğan müdafiə sənayesi sahəsində Türkiyəyə qarşı bütün ədalətsiz sanksiyaların qaldırılma zamanının çoxdan gəldiyini qeyd edib.
Ağ Ev sözcüsü Cen Psaki isə Ərdoğan və Bayden arasındakı telefon danışığına münasibət bildirərək iki liderin məhsuldar görüş keçirdiyini qeyd edib. Psaki həmçinin bildirib ki, Bayden Türkiyənin bügünki diplomatik addımından çox məmnun qaldığını dilə gətirib.
Qeyd edək ki, Rusiya və Ukrayna arasında davam edən müharibənin dayandırılması və barışıq əldə olunması üçün cəhdlərini davam etdirən Türkiyə bu gün Rusiya XİN başçısı Sergey Lavrov və Ukrayna XİN başçısı Dmitro Kulebanın Antaliyada görüşünü təşkil edib.
Oxunub: 235
Xəbəri paylaş
Paylaş: