Rusiya "Qrad"ları mühasirədəki Mariupola
OD YAĞDIRIR - VİDEO
Rusiya ordusu ələ keçirə bilmədiyi Mariupol şəhərini dağıtmağa çalışır. Bu barədə dialoq.ua xəbər yayıb.
Qeyd olunur ki, dinc şəhər müntəzəm olaraq artilleriya və aviasiya atəşinə məruz qalır. Hərbi komissar Andrey Tsaplienko Telegram-da Rusiya Silahlı Qüvvələrinin “Qrad” reaktiv yaylım atəşi sistemləri ilə Mariupola zərbə endirdiyini əks etdirən videonu dərc edib.
Hazırda Mariupol ağır günlər yaşayır. Rusiya qoşunları şəhəri tam mühasirəyə alıb və onu tamamilə dağıtmağa çalışır. Şəhərdə su, qaz, işıq yoxdur. Ruslar dinc əhalini şəhərdən buraxmır və ora humanitar yardımın gətirilməsinə də imkan vermir.
Oxunub: 299
Xəbəri paylaş
Paylaş: