Bu sosial şəbəkələr rusiyalı hərbçilərə qarşı zorakılıq çağırışlarına
İCAZƏ VERDİ
Feysbuk və instaqram sosial şəbəkələri Rusiya hərbi qulluqçularına qarşı zorakılıq çağırışlarına qoyulan qadağanı müvəqqəti olaraq ləğv edib.
Bu barədə “Meta” şirkətinin mətbuat katibi Endi Stoun bildirib.
“Rusiyanın Ukraynaya hücumu nəticəsində biz müvəqqəti olaraq adi vəziyyətlərdə zorakılığa çağırış qadağamızı pozacaq siyasi özünüifadə formalarına müvəqqəti icazə verdik”, - deyə Stoun qeyd edib.
O, nümunə olaraq bildirib ki, özündə “Rus işğalçılarına ölüm” kimi şüarları əks etdirən postlar silinməyəcək.
Bununla yanaşı, qeyd olunub ki, feysbuk və instaqram Rusiyanın adi vətəndaşlarına qarşı zorakılığa çağırışlara qarşı tədbirlər görməyə davam edəcək. (qafqazinfo)
Oxunub: 229
Xəbəri paylaş
Paylaş: