Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı güllələndi
Ukrayna Təhlükəsizlik Xidmətinin Kiyev və Kiyev vilayəti üzrə Baş İdarəsinin rəisinin keçmiş müavini Dmitri Demyanenko martın 10-u Kiyevdə öldürülüb. Bu barədə “Ukrainskaya pravda” məlumat yayıb.
Hadisə martın 10-u axşam saatlarında Kiyevin Osokorki yaşayış massivində baş verib. Dmitri Demyanenkonun avtomobili blokpostda saxlamayıb və bunun ardınca “Mirotvorec” polkunun döyüşçüləri avtomobilə atəş açıb.
Oxunub: 212
Xəbəri paylaş
Paylaş: