Rusiya Ukraynanı yarıya bölmək istəyir? - ANALİTİK HESABAT

Rusiya Federasiyasının Ukraynada apardığı müharibə davam edir. Hərbi əməliyyatların taktiki mənzərəsi aydın olsa da, strateji məqsədlərlə bağlı ehtimallar çoxdur.
Globall.az milli.az-a istinadla xəbər verir ki, belə ehtimalları ABŞ analitikləri də hesablamağa çalışırlar.
ABŞ-dakı nüfuzlu "RealClearPolitics" analitik mərkəzi Rusiyanın Ukraynada nəzarət altında saxlamağa çalışa biləcəyi əraziləri, müharibədən sonra həmin əraziləri kontrolda tutmaq üçün gərəkli hərbi qüvvənin sayını hesablayıb.
Amerikalı analitiklərin fikrincə, məqsədinə çatmaq üçün Rusiya Federasiyasının qarşısında 4 əsas məsələ var:
1. Quru və su sərhədləri də daxil olmaqla, yeni sərhədlərin (Krım da nəzərə alınmaqla təqribən 3000 kilometr) təhlükəsizliyinin təminatı - 27300 hərbçi

2. Böyük şəhərlərdə kritiki önəmə malik infrastrukturun təhlükəsizliyinin təminatı - 25900 hərbçi
3. Əsas avtomobil və dəmir yollarının təhlükəsizliyinin təminatı - 20300 hərbçi
4. Əhalinin təhlükəsizliyinin təminatı, habelə hərbi-mülki və antipartizan əməliyyatlarının keçirilməsi - 94900 hərbçi.
Beləliklə, Rusiyanın nəzarətdə saxlamaq fikrinə düşəcəyi ərazilərdə ən azı 168400 hərbçisi olmalıdır. Elə bu sayda hərbçinin də rotasiyaya gərəkdiyini nəzərə alsaq, Rusiyanın Müdafiə Nazirliyi Ukraynadakı əməliyyatlar üçün 336800 hərbçi ayırmalıdır.
Bu isə praktiki və faktiki olaraq mümkün deyil.



Oxunub: 235
Xəbəri paylaş
Paylaş: