Ukrayna ordusundan ruslara
SARSIDICI ZƏRBƏ
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilib.
Qeyd olunub ki, Ukrayna xalqının işğalçılara qarşı qəhrəmancasına qarşıdurmasının 19-cu günündə Ukrayna müdafiə qüvvələrinin vəziyyəti, mövqeyi və hərəkətlərinin xarakteri əhəmiyyətli dərəcədə dəyişməyib.
“Ukrayna Silahlı Qüvvələri işğalçılar tərəfindən müvəqqəti işğal olunmuş Ukrayna ərazilərində düşmənin maddi-texniki təminatı sistemini sıradan çıxarmaq üçün arxa infrastruktura (sahə bazaları və anbarlar - red.) sarsıdıcı zərbələr endirib. İşğalçı qoşunlar irəliləyişin bütün istiqamətlərində hücum əməliyyatı keçirməkdə ciddi uğur əldə edə bilməyiblər. İşğalçıların əsas səyləri əvvəllər işğal olunmuş xətlərin təhlükəsizliyinin təmin edilməsinə və saxlanılmasına yönəlib”, - deyə məlumatda deyilir.
Bildirilib ki, son sutkada Rusiya Silahlı Qüvvələrinin 4 təyyarəsi, 3 helikopteri məhv edilib: “Qarşı tərəf heç bir istiqamətdə ciddi uğur qazana bilməyib. Rusiya Silahlı Qüvvələrinin əsas səyləri işğal olunmuş ərazilərdə möhkəmlənməyə sərf edilib. Onların silah və hərbi texnika təminatı üçün mülki obyektlərdən, o cümlədən dini yerlərdən istifadə etdiyi aşkarlanıb. Qarşı tərəfin mənəvi-psixoloji durumu aşağıdır. Beləliklə, Rusiya hərbçiləri komandanlığın əmrlərini icra etrməkdən boyun qaçırırlar”.
Rəsmi informasiyaya görə, Belqorod Hərbi Komendantlığının hərbi düşərgəsi Rusiya ərazisindəki Belqorod şəhərində yerləşir: “Düşərgədə yaralanmış əsgərlər var. Onların bəziləri yenidən döyüşlərə qatılmaqdan imtina edirlər”.