Bakıda qadın və uşaqlar üçün yeni həbsxana istifadəyə veriləcək
Azərbaycanda qadın və yetkinlik yaşına çatmayan məhkumlar üçün yeni inşa edilən cəzaçəkmə müəssisələrinin istifadəyə veriləcəyi tarix məlum olub.
Bu barədə Modern.az-a Ədliyyə Nazirliyinin İnsan Hüquqları və ictimaiyyətlə əlaqələr İdarəsindən məlumat verilib.
Bildirib ki, cəzaçəkmə müəssisələri martın 16-da istifadəyə veriləcək. Həmin gün Ədliyyə Nazirliyi cəzaçəkmə müəssisələrinə mediatur təşkil edəcək.
Oxunub: 330
Xəbəri paylaş
Paylaş: