Dünya Bankı Ukraynaya daha 200 milyon dollar ayıracaq
Dünya Bankı Ukraynaya əlavə 200 milyon dollar verəcək. Xarici KİV-lər xəbər verir ki, bu barədə Dünya Bankının prezidenti Devid Melpas onlayn konfrasnsda bildirib.
"Bu gün mətbuata açıqlama verəcəyik ki, indi Ukrayna üçün ilk ödəniş də daxil olmaqla, son iki həftə ərzində verilmiş 923 milyon dollar vəsaitimiz var", - o deyib.
Keçən həftə Dünya Bankının Ukraynaya yardım üçün 723 milyon dollar topladığı bildirilib.
Devid Melpas bildirib ki, Dünya Bankı 6-8 həftə ərzində Ukraynaya 3 milyard ABŞ dolları məbləğində yardımı təsdiq edə bilər.
Oxunub: 278
Xəbəri paylaş
Paylaş: