Milli Məclis hökumətin hesabatını qəbul etdi (YENİLƏNDİ)
Milli Məclis Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatını qəbul edib.
Müzakirələrdən sonra deputatların böyük əksəriyyəti sənədin lehinə səs veriblər.
Qeyd edək ki, hesabatı Baş nazir Əli Əsədov təqdim edib. Toplantıda hökumət üzvləri də iştirak ediblər.
xxx
Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirəyə çıxarılıb.
Globall.az xəbər verir ki, hesabatı Baş nazir Əli Əsədov təqdim edir.
Daha sonra isə hesabat deputatların müzakirəsinə çıxarılacaq. Toplantıda hökumət üzvləri də iştirak edirlər.
Oxunub: 276
Xəbəri paylaş
Paylaş: