Rusiya Ukraynada vurduğu texnikanın sayını açıqladı
“Rusiya Silahlı Qüvvələri Ukraynada xüsusi hərbi əməliyyat başlayandan bu günə qədər Ukraynaya məxsus 156 pilotsuz uçuş aparatı, 1306 tank və digər zirehli texnika məhv edib”.
Bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov açıqlayıb.
Onun sözlərinə görə, Rusiya hərbçiləri fevralın 24-dən etibarən, həmçinin Ukraynanın 127 reaktiv yaylım atəşi sistemini, 471 artilleriya və minaatan, eləcə də 1054 ədəd xüsusi hərbi avtomobil texnikasını vurub.
Oxunub: 246
Xəbəri paylaş
Paylaş: