Ukrayna və Rusiya arasında danışıqlar bərpa olundu
Ukrayna-Rusiya danışıqlarının dördüncü raundu üzrə müzakirələr bərpa olunub.
Globall.az xəbər verir ki, bunu Ukrayna Ali Radasında hakim “Xalqın xidmətçisi” Partiyası fraksiyasının rəhbəri David Araxamiya bildirib.
Onun sözlərinə görə, danışıqlar videokonfrans formatında keçirilir.
Xatırladaq ki, ötən gün Ukrayna və Rusiyanın heyətləri arasında danışıqları dördüncü raundu başlayıb, lakin bir müddət sonra texniki fasilə elan olunub və danışıqların növbəti gündə davam etdirilməsi barədə razılıq əldə olunub.
Oxunub: 247
Xəbəri paylaş
Paylaş: