Haaqa məhkəməsi Rusiyadan Ukraynadakı hərbi əməliyyatları dayandırmağı tələb etdi
BMT-nin ali məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi Rusiyadan Ukraynadakı hərbi əməliyyatlarını dayandırmağı tələb edib.
Globall.az Report-a istinadən xəbər verir ki, bu barədə Haaqa məhkəməsinin bu gün elan etdiyi qərarda deyilir.
Məhkəmə qərara alıb ki, Rusiya Ukraynadakı bütün hərbi əməliyyatlarını dayandırmalı, həmçinin silahlı birləşmələrin əməliyyatları davam etdirmək cəhdləri etməməsinə təminat verməlidir.
Məhkəmə, həmçinin hər iki ölkəni vəziyyəti daha da gərginləşdirə biləcək hər cür hərəkətdən çəkinməyə çağırıb.
Oxunub: 225
Xəbəri paylaş
Paylaş: