Azərbaycana gələn ukraynalılar qaçqın olmaq istəmir - RƏSMİ
Ölkəmizdən sığınacaq istəmələrinə baxmayaraq, Ukrayna vətəndaşları qaçqın statusu almaq üçün müraciət etməyiblər.
Dövlət Miqrasiya Xidmətindən Globall.az-a verilən məlumata görə, xidmətin qaynar xəttinə Ukrayna vətəndaşları tərəfindən qaçqın statusu almaq üçün müraciət edənlər olmayıb.
Xidmətdən bildirilib ki, Azərbaycana gələn Ukrayna vətəndaşları 90 gün ölkədə qala bilərlər. Onların əsas məqsədi müvəqqəti sığınacaq almaq, müharibə bitəndən sonra öz ölkələrinə qayıtmaqdır.