Şahin Seyidzadənin MANDATI LƏĞV EDİLDİ
VI çağırış Milli Məclisin deputatı Şahin Seyidzadənin deputat səlahiyyətlərinə xitam verilib.
Globall.az xəbər verir ki, bununla bağlı MSK-nın bu gün keçirilən iclasında qərar qəbul edilib.
MSK sədri Məzahir Pənahovun rəhbərliyi ilə keçirilən toplantının gündəliyinə 6 məsələ daxil edilib.
Bunlar aşağıdakılardır:
1.MSK-nın 3 sentyabr 2021-ci il tarixli iclas protokolunun təsdiq edilməsi;
2. VI çağırış Milli Məclisin deputatı Şahin Seyidzadənin deputat səlahiyyətlərinə xitam verilməsi;
3. “Azərbaycan vətəndaşlarının qanunvercilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanunda nəzərdə tutulan sənəd nümunəsinin təsdiq edilməsi;
4. MSK-nın normativ xarakterli aktına dair;
5. Bəzi DSK-ların tərkibində dəyişiklik edilməsi;
6. Cari məsələlər.