Putin döyüş bölgəsinə gedir? - Peskov AÇIQLADI

Rusiya Prezidenti Vladimir Putinin planlarına Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ukraynadakı əməliyyatı zonasına səfər, eləcə də xəstəxanalarda döyüşçülərlə görüşlər daxil deyil.
Globall.az xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
O bildirib ki, döyüşlər gedən əraziyə səfərlər nəzərdə tutulmayıb: Peskov jurnalistlərdən birinin “1943-cü ildə İosif Stalinin cəbhəyə getdiyi Böyük Vətən Müharibəsi ilə indiki vəziyyət arasında paralellər aparmaq olar” deməsi ilə razılaşmayıb: “Hələ fərqlidir, biz başqa şeylərdən danışırıq”.
Oxunub: 261
Xəbəri paylaş
Paylaş: