BU YOLDA sərnişin avtobuslarının hərəkət istiqaməti dəyişdirildi
Ötən gecədən başlayaraq yağan güclü qar səbəbindən Bakı-İsmayıllı avtomobil yolunda nəqliyyatın hərəkətində problemlər yaranıb. Vətəndaşlarımız Novruz bayramı münasibətilə rayonlara üz tuturlar. Yollar belə olduqda həmin istiqamətə hərəkət edən sürücülər nə etməlidir?
Globall.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildiriblər ki, Bakı-İsmayıllı yolunda qarlı hava şəraiti ilə bağlı sərnişindaşıma, eləcə də nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
"Alternativ olaraq sərnişindaşıma Bakı-Kürdəmir-Qazax yolu vasitəsi ilə həyata keçirilir. Bakı-Zaqatala, Bakı-Balakən yolunda hərəkət davam edir, heç bir çətinlik yoxdur. Bakı-Quba,Bakı-Qusar istiqamətində qarlı hava şəraiti olsa da, yollar açıqdır", - deyə məlumatda qeyd olunub.