Nazir: "Slovakiya Ukraynaya S-300-lər verməyə hazırdır"

Slovakiya Ukraynaya S-300 hava hücumundan müdafiə sistemləri verə bilər.
Globall.az report-a istinadən xəbər verir ki, bu barədə Slovakiya müdafiə naziri Yaroslav Nad amerikalı həmkarı Loyd Auistinlə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
“Slovakiyada yeganə strateji hava hücumundan müdafiə sistemimiz S-300-dür. Düzdür, bunu ukraynalılara dərhal vermək NATO-da təhlükəsizliklə bağlı boşluq yarada bilər. Amma Slovakiyanın müdafiə naziri olaraq ölkəmizin təhlükəsizliyini təmin etmək, kənar müdaxilə və təhdidlərdən qorumaq mənim borcumdur. Odur ki, S-300-ü Ukraynaya verməyə hazırıq”, - o bildirib.
Oxunub: 290
Xəbəri paylaş
Paylaş: