Rusiyada 42 853 nəfər koronavirusa yoluxub - ölənlərin sayı 361-ə çatıb

Rusiyada son sutka ərzində daha 6060 nəfər koronavirusa yoluxub.
APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiya ərazisində COVİD-19-a yoluxanların sayı 42 853 nəfərə çatıb.
Son sutka ərzində 48 nəfərin öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı isə 361-ə çatıb. Sağalanların sayı 3291 nəfərdir.
Oxunub: 284
Xəbəri paylaş
Paylaş: