Ukrayna ordusunun uğurlu əməliyyatı:
Azı 15 rus xüsusi təyinatlısı öldürüldü
Ukrayna hərbçiləri uğurlu xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı Rusiya Baş Kəşfiyyat İdarəsinin bir neçə əməkdaşı ləğv edilib. Bu barədə “Ukrayinska Pravda” yazır.
Qeyd olunur ki, bu, təxminən bir həftə əvvəl baş verib. Nəşrin mənbəsinə görə, Xarkovdakı Saltovka yaxınlığındakı məktəblərdən birində Rusiya BKİ-nun xüsusi təyinatlı qüvvələrinin də olduğu iyirmi nəfərdən ibarət Rusiya qoşunları məskunlaşıb.
“Düşməni məhv etmək üçün xüsusi əməliyyat planlaşdırılıb. Əməliyyat ən azı 15 Rusiya hərbçisinin öldürülməsi ilə nəticələnib”, - Ukrayna silahlı qüvvələrindəki mənbə bildirib.
Oxunub: 252
Xəbəri paylaş
Paylaş: