Putin Makronla Ukraynanı müzakirə etdi
Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla telefonla danışıb. Bu barədə Kremlin saytı məlumat yayıb.
İki ölkə lideri telefon danışığı zamanı Ukrayna ətrafındakı vəziyyəti müzakirə edib.
“Fransa tərəfinin təşəbbüsü ilə Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. Ukrayna ətrafında vəziyyətlə bağlı fikir mübadiləsi davam etdirilib”, - deyə məlumatda qeyd edilib.
xxx
Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makron arasında baş tutan telefon danışığının bəzi təfərrüatları açıqlanıb.
APA Yelisey Sarayının yaydığı məlumata əsasən xəbər verir ki, Makronla Putin arasında söhbət 1 saat 10 dəqiqə davam edib. Fransa Prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığında Mariupoldakı vəziyyətdən həddindən artıq narahat olduğunu bildirib.
Fransa lideri Ukraynada dərhal atəşkəs tələb edib.
Kremlin yaydığı məlumatda isə bildirilib ki, Rusiya Prezidenti Vladimir Putin Fransa Prezidenti Emmanuel Makrona xüsusi əməliyyat zamanı Rusiya Silahlı Qüvvələrinin mülki şəxslərin həyatını xilas etmək üçün əlindən gələni etdiyini deyib.
“Rusiya Prezidenti bir daha qeyd edib ki, xüsusi hərbi əməliyyat zamanı Rusiya Silahlı Qüvvələri mülki şəxslərin həyatını xilas etmək üçün mümkün olan hər şeyi edir. Onların təhlükəsiz təxliyəsi üçün humanitar dəhlizlər təşkil edir”, - deyə məlumatda bildirilir.