Britaniyadan daha bir
RUSİYA QƏRARI
Böyük Britaniyanın Xarici İşlər naziri Liz Trass hesab edir ki, rus oliqarxlarına qarşı tətbiq edilən sanksiyalar heç vaxt ləğv edilməyəcək.
Globall.az Publika.az-a istinadən xəbər verir ki, o, bu barədə “The Times” qəzetinə müsahibəsində bildirib.
“Bu, son dərəcə çətindir (sanksiyaların ləğvini təsəvvür etmək - red.). Bu oliqarxlar Rusiya Prezidenti Vladimir Putinə etdiyi işləri görməyə imkan veriblər. Onların əllərində qan var”, - Trass deyib.
O, həmçinin rusiyalı oliqarx, “Çelsi”nin sahibi Roman Abramoviçin Britaniyaya qayıda bilməyəcəyinə əminliyini ifadə edib: “Mən belə bir vəziyyət görmürəm”.
Britaniyalı diplomatın fikrincə, Qərb “Soyuq müharibə”dən bəri Rusiyanı çəkindirmək üçün kifayət qədər iş görmədiyindən nəticə çıxarmalıdır.
Liz Trass hesab edir ki, avtoritar rejimlərlə barışıq artıq baş tutmamalıdır.