Yeni Zelandiya Ukraynaya hərbi yardım göndərəcək
Rusiyaya qarşı döyüşən Ukraynaya 5 milyon Yeni Zelandiya dolları (təxminən 3,45 milyon ABŞ dolları) dəyərində qeyri-öldürücü hərbi təchizat verəcəyik.
Globall.az xəbər verir ki, bunu Yeni Zelandiyanın Baş naziri Casinda Ardern deyib.
Onun sözlərinə görə, yardım materialları arasında yanacaq, dəbilqə, polad jilet, kamuflyaj jiletləri, rabitə və ilk hərbi yardım dəstləri yer alacaq.
C. Ardern xüsusilə vurğulayıb ki, bu, Yeni Zelandiya tarixində silah üçün birbaşa maliyyə yardımı edilən və hərbi avadanlıq göndərilən ilk haldır.
Xatırladaq ki, Yeni Zelandiya martın 17-dən etibarən Rusiyaya qarşı sanksiyalar tətbiq edib.
Oxunub: 252
Xəbəri paylaş
Paylaş: