Rusiya Ukrayna sahillərini bağlayır: “Bu, vəziyyəti daha da pisləşdirəcək”

Rusiya Ukraynaya həyati əhəmiyyətli yüklərin çatdırılmasına mane olur və bu ölkənin sahillərini bağlamaqla humanitar vəziyyəti pisləşdirir.
Globall.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə İngiltərə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, Krımdan irəliləyən rus qoşunları hələ də Nikolayevdən yan keçərək qərbə, Odessaya doğru hərəkət etməyə çalışırlar. Amma son bir həftədə onlar cüzi irəliləyişə nail olublar.
Rusiya donanması Ukrayna sahillərini blokadaya almağa və bütün Ukraynadakı hədəflərə raket zərbələri endirməyə davam edir.
“Sahillərin blokadası, çox güman ki, Ukraynada humanitar vəziyyəti gərginləşdirəcək, əhaliyə həyati əhəmiyyətli malların çatdırılmasına mane olacaq”, - məlumatda deyilib.
Oxunub: 207
Xəbəri paylaş
Paylaş: