Azərbaycanın Gürcüstan və İranla sərhədi bu tarixdə açılacaq
Azərbaycanla Gürcüstan sərhədinin müvəqqəti bağlanması ilə bağlı növbəti qərar veriib.
Globall.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Məlumata əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 aprel tarixli Qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2020-ci il 4 may saat 00.00-dək uzadılıb.
Bununla əlaqədar Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin müvəqqəti bağlı saxlanılması barədə qərarın müddəti 2020-ci il 4 may saat 00.00-dək uzadılır.
Bundan əlavə, İranla da sərhədin mayın 4-dən 5-ə keçən gecə açılacağı bildirilib.