FHN su basmış ərazilərlə bağlı görüntülər yaydı - VİDEO
İntensiv yağıntıların törətdiyi fəsadların aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Globall.az-a verilən məlumata görə, gün ərzində nazirliyin qüvvələri tərəfindən Füzuli rayonunun Aşağı Yağlıvənd kəndində və Cəlilabad rayonunun Göytəpə şəhərində su basmış ərazilərdən suyun çəkilib kənarlaşdırılması işləri həyata keçirilib.
Oxunub: 263
Xəbəri paylaş
Paylaş: