Şoltsdan Putinə
XƏBƏRDARLIQ
Almaniya kansleri Olaf Şolts Rusiya prezidenti Vladimir Putinə birbaşa danışıqlarda Ukraynada bioloji və kimyəvi silahdan istifadə etməmək barədə xəbərdarlıq edib.
Bu barədə Almaniyanın “Die Zeit” qəzeti məlumat yayıb.
Şolts deyib ki, Ukraynanın bu cür silahlar hazırlaması və ya ABŞ-ın onlardan istifadə etmək istəməsi ilə bağlı Rusiyanın iddiaları Putinin özünün belə silahlardan istifadə etməyi düşündüyü gizli təhdid kimi görünür.
"Buna görə də ona çox aydın və birbaşa demək mənim üçün vacib idi ki, bu, qəbuledilməz və bağışlanmaz olardı"-deyə Şoltz qeyd edib.
Oxunub: 263
Xəbəri paylaş
Paylaş: