NATO-nun Ukrayna ilə bağlı zirvə görüşü başladı

Belçikanın paytaxtı Brüsseldə NATO dövlət və hökumət başçılarının növbədənkənar zirvə görüşü başlayıb.
Globall.az xəbər verir ki, 30-a yaxın ölkənin nümayəndələrinin iştirak etdiyi iclasda əsas müzakirə mövzusu Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatlardır.
Eyni zamanda, Ukrayna prezidenti Volodimir Zelenskinin videoformatda çıxışı planlaşdırılır.
Qeyd edək ki, iclasdan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Makronla Ukraynadakı vəziyyəti müzakirə edib.
Oxunub: 237
Xəbəri paylaş
Paylaş: