Şoyqu yoxa çıxdı: Putinin qəzəbinə gəlib? – Kreml
Müdafiə naziri Sergey Şoyqunun hazırda işi həddən artıq çoxdur, indi media aktivliyi üçün yaxşı vaxt deyil.Globall.az axar.az-a istinadla xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov Sergey Şoyqunun uzun müddətdir yoxa çıxdığı və barəsində gəzən şayiələr haqda deyib.
“Qulaq asın, müdafiə nazirinin çoxlu işi var, bunu başa düşürsünüz. Xüsusi hərbi əməliyyat gedir. Əlbəttə, hazırda media aktivliyi üçün əla vaxt deyil. Bu, tam başadüşüləndir”, - Peskov bildirib.
“Aqentstvo” nəşrinin Şoyqunun səhhətində ciddi problem olması barədə yaydığı məlumata isə Peskov belə reaksiya verib:
“Aqentstvo” nəşrini dinləməl lazım deyil, bu suallarla Müdafiə Nazirliyinə müraciət edin”.
Qeyd edək ki, S.Şoyqunun 11 martdan mediada görünməməsi şayiələrin yayılmasına səbəb olub. Bəziləri onun Ukraynada ildırımsürətli müharibə planının alınmamasına görə Putinin qəzəbinə gəldiyi, bəziləri isə səhhətində ciddi problem olduğunu iddia edir.
Oxunub: 332
Xəbəri paylaş
Paylaş:





















