KXDR təkzib etdi: TRAMPA MƏKTUB GÖNDƏRİLMƏYİB

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ABŞ Prezidenti Donald Trampa məktub göndərməyib.
Bunu KXDR-ın Xarici İşlər naziri Li Son Qvon bəyan edib.
"Bəlkə, ABŞ Prezidenti özünün köhnə dostlarını xatırlayıb, amma bizim liderimiz Trampa heç bir məktub göndərməyib", - XİN rəhbəri vurğulayıb.
Xatırladaq ki, daha əvvəl Tramp Kim Çen Indan çox yaxşı məktub aldığını bildirmişdi.
Oxunub: 412
Xəbəri paylaş
Paylaş: