Rus ordusu Zelenskinin ofisinə soxuldu, bayraq çıxarıldı və... - FOTO

Rusiya hərbçiləri yarımadanın işğalı ilə əlaqədar Ukrayna prezidentinin Krımdakı nümayəndəliyinin Xersonda yerləşən ofisinə daxil olublar.
Globall.az xəbər verir ki, hadisə barədə nümayəndəliyin "Facebook" səhifəsində məlumat verilib .
Qeyd edilib ki, onlar binanın qapılarını sındırıb, Ukrayna bayrağını aşağı salıb, otaqda qalan avadanlıq və sənədləri çıxarıblar.
Eyni zamanda, təxribatları istisna etmirik və vətəndaşları diqqətli olmağa və hələlik ofisə gəlməkdən çəkinməyə çağırırıq", - mesajda deyilir.
Döyüş əməliyyatları və Rusiyanın təcavüzü səbəbindən Prezident Nümayəndəliyinin ofisi müvəqqəti olaraq bağlanıb, əməkdaşları isə öz funksiyalarını məsafədən yerinə yetirirlər.
"Biz Nümayəndəliyin ofisinə cinayət yolu ilə daxil olmuş Rusiya hərbçilərinə və kəşfiyyatçılarına qanunsuz əməllərinə son qoymağı və könüllü olaraq Ukrayna Silahlı Qüvvələrinə təslim olmalarını tövsiyə edirik. Bu, məsuliyyət tədbirini yüngülləşdirəcək və onların həyatlarını xilas etməyə imkan verəcək", - prezidentin nümayəndəliyi bildirib.
Xatırladaq ki, Xerson hazırda işğal altındadır. Rusiya qoşunları şəhərin ərazisindədir.
Oxunub: 188
Xəbəri paylaş
Paylaş: