Rusiya ordusu 60 kilometr geri çəkildi, yaşayış məntəqələri AZAD EDİLDİ

"Rusiya qoşunları Krivoy Roq yaxınlaşanda sadəcə dayandırılmadılar, şəhərdən 40-60 km geri çəkildilər".
Globall.az xəbər verir ki, bu barədə Krivoy Roq hərbi administrasiyasının rəhbəri Aleksandr məlumat verib.
"Düşmən bütün istiqamətlərdə nəinki dayandırılıb, əksinə geri çəkilib. O, şəhərin ucqarlarındadır. Bu gün Xerson vilayətinin daha bir neçə yaşayış məntəqəsi azad edilib və işğalçılar daha 40 km-dən yaxında deyillər. Təmas xətti artıq Dnepropetrovsk vilayəti ilə sərhəddə deyil, Xerson vilayətidir”, - Vilkul bildirib.
O əlavə edib ki, Ukrayna hərbçiləri düşmənə xeyli ziyan vurub. İndi Ukrayna müdafiəsi üçün işləyəcək Rusiya texnikası ələ keçirilib.
Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynada genişmiqyaslı hərbi əməliyyatlara start verib. (publika.az)
Oxunub: 334
Xəbəri paylaş
Paylaş: