Ukrayna MN: "Rusiya 17 200 hərbçi itirib"
Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin yeni sayı məlum olub.
Globall.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukda məlumat yayıb.
Bildirilib ki, indiyədək 17 200 hərbçi zərərsizləşdirilib.
Bundan başqa, hücum edən tərəfin 597 ədəd tankı, 1 710 ədəd zirehli döyüş maşını, 303 ədəd artilleriya sistemi, 96 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 54 hava hücumundan müdafiə sistemi, 127 ədəd hərbi təyyarəsi, 129 ədəd helikopteri, 1 178 ədəd nəqliyyat vasitəsi, 7 ədəd gəmi/kater, 73 ədəd yanacaq çəni, 71 ədəd dronu, 21 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket komplesi məhv edilib.
Oxunub: 321
Xəbəri paylaş
Paylaş: