Şoyqu: “Ukraynada 600 muzdlu öldürülüb”
Ukraynada son iki həftə ərzində keçirilən xüsusi hərbi əməliyyat zamanı 600-ə yaxın xarici muzdlu məhv edilib, 500-dən çoxu ölkəni tərk edib.
Bu barədə Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu bildirib.
"Son iki həftə ərzində beş yüzdən çox muzdlu ölkəni tərk edib və daha altı yüzə yaxın muzdlu məhv edilib. Əcnəbi muzdluların izinə düşmək və məhv etmək üçün məqsədyönlü hərəkətlər davam edir. Muzdluların təlim mərkəzlərinə yüksək dəqiqlikli silahlarla endirilən zərbələr, eləcə də döyüş itkiləri nəticəsində Ukrayna ərazisində onların sayının azalması qeydə alınıb, Ukrayna ərazisində 62 dövlətdən 6595 əcnəbi muzdlu və terrorçu fəaliyyət göstərir”,- deyə Şoyqu çıxışında vurğulayıb. (modern.az)
Oxunub: 304
Xəbəri paylaş
Paylaş: